6 Sentyabr 2023 14:37
3 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Qarabağda hələ də mövcud olan separatçı rejimin qalıqları və Ermənistanın bölgədə qanunsuz olaraq saxladığı hərbi birləşmələr növbəti təxribata əl atıb. Azərbaycan Ordusunun dislokasiyası ilə bağlı separatçıların yaydığı görüntülər var. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə separatçıların hərəkət trayektoriyasının görüntüləri yayılmışdı. Görünür, xunta rejiminin terrorçuları öz aləmlərində Azərbaycan Ordusuna reaksiya verdiklərini düşünür.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi əslində bu cür xırda məsələlərə reaksiya vermir: “Sözsüz ki, Azərbaycan Ordusu hazırda öz işini görür. Ona görə də, separatçılar ağıllarını başlarına yığmasalar cəzalanacaqlar. Buna qarşı Azərbaycan Ordusunun cavab vermək imkanları çox böyükdür. Kimlərinsə diqtəsi ilə separatçı rejimin tör-töküntüləri bu cür addımlar atır. Amma yaddan çıxarırlar ki, Azərbaycan Ordusu ərazidə hər şeyi görür”.

Polkovnik hesab edir ki, son gərginlik fonunda antiterror əməliyyatlarının başlaması da istisna edilmir:

“Əməliyyatların Qarabağda və yaxud Azərbaycan-Ermənistan şərti dövlət sərhədində aparılacağı ehtimalları dəyərləndirilir. Sözsüz ki, döyüş əməliyyatlarının aparılması vəziyyətdən asılı olacaq. Bu gün elə bir nöqtəni göstərmək olar ki, ola bilsin o istiqamətdə əməliyyatlar aparılmasın”.

Üzeyir Cəfərov son günlər erməni tərəfinin Naxçıvan istiqamətindəki təxribatlarına diqqət çəkib:

“Təbii ki, bu istiqamətdə də təxribatlar cavabsız qalmır. Fakt isə odur ki, bu gün erməni tərəfi bütün imkanları ilə Azərbaycanı təxribata çəkmək istəyir. Azərbaycanın isə bu məsələləri yoluna qoymaq üçün kifayət qədər hərbi gücü var”.

Ekspert sülhməramlıların yeni komandanı Kirill Kulakovla bağlı gözləntiləri də dəyərləndirib:

“Son zamanlar separatçıların davranışları fonunda sülhməramlıların bir qədər passivliyi müşahidə edilir. Separatçılar sülhməramlıların maşınlarının qarşısını kəsir, onlardan sənəd istəyir, zor tətbiq edir. Bu hallar artıq adi hal alıb. Yeni komandanın isə bu məsələlərə son qoyacağı ilə bağlı gözləntilər fərqlidir. Əslində ona nə tapşırıq veriləcəksə, onu da icra edəcək. Hər şey sentyabrın 8-dən sonra dəyişə bilər. Separatçılar bu tarixdə özlərinə yeni rəhbər seçməlidir. Onlar bu məsələlərdən imtina etsələr, proseslər bir qədər sakit məcrada gedəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər