20 Sentyabr 2023 00:43
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi Qərb siyasətçilərinin Ermənistanın nə etməsindən asılı olmayaraq onu Azərbaycana qarşı tam dəstəkləməsi erməni separatçılarını daha da inadkar edib. Bununla da sülhün əldə olunması çətinləşib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkəmizi hərbi təcavüzdə ittiham edən Almaniya Bundestaqının üzvü kimi fəaliyyət göstərən, Almaniya Sosial Demokrat Partiyasının (SPD) siyasətçisi Maykl Helmut Rota cavabında deyib.

Səfir diqqətə çatdırıb ki, bu, suveren ərazimizdə illərlə vətəndaşlarımızı terrora məruz qoyan qanunsuz erməni qoşunlarına qarşı lokal antiterror tədbirləridir:

"Kaş ki, bütün bu illər ərzində Qarabağda erməni silahlı separatizminə və Ermənistanın dəhşətli cinayətlərinə qarşı eyni dərəcədə açıq danışardınız".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər