Prezident Administrasiya tərəfindən göndərilən dəvət, əfsuslar olsun ki, separatçı rejim tərəfindən imtina edilirdi.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, bu, daxili məsələdir: “Azərbaycanın geniş formada sosial-iqtisadi inteqrasiya planı hazırdır. Bu, müvafiq aidiyyəti qurumlarla hazırlanıb”.