ABŞ dövlət katibi Entoni Blinken Fələstinin HƏMAS radikal qruplaşmasının İsrailə hücumu nəticəsində bir neçə ABŞ vətəndaşının ölə biləcəyini deyib.
Teleqraf.com bunu CNN -nə istinadən xəbər verir.
“Bir neçə amerikalının öldürüldüyü barədə məlumatlar var".
Blinkenin sözlərinə görə, ABŞ tərəfi onların yoxlanılması üzərində işləyir.
"İtkin düşən amerikalılar haqqında da xəbərlər var, biz də onları yoxlayırıq" - deyə bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.