“Şimali Kipr Türk Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək zirvə görüşünə də dəvət ediləcəyinə əminik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İƏT Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.
O, Şimali Kiprin İƏT-in 3 müşahidəçi üzvündən biri olduğunu xatırladıb: “Müşahidəçi üzvlərin İƏT-in bütün toplantılarına və zirvə görüşlərinə dəvət edilmələrinə və açıqlama ilə çıxış etmələrinə icazə verilməlidir”.