Özünü buraxmış separatçı rejimin Ermənistandakı “nümayəndəliyi” də ləğv edilir. Ermənistan hakimiyyəti yanvarın 1-dək “nümayəndəliyin işçiləri”nə maaş vermək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Separatçı “deputat” Metakse Akopyan qəzetə açıqlamasında bunu təsdiqləyib:
“Bir müddət əvvəl mənə artıq işdən çıxarılan və ya işdən çıxarılacaq şəxslərdən zəng gəldi, rəsmi məlumatım olmasa da, onlar bu barədə mənə məlumat verdilər. Çox güman ki, bu, belə bir məna daşıyır (“struktur” ləğv edilir). Belə təəssürat yaranır ki, Nikol Paşinyan dərhal Qarabağı xatirələrindən silmək istəyir”.