Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevi MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib.
"Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli mükafat görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır", - dövlət başçısı qeyd edib.