23 Oktyabr 2023 13:45
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Təhlükəsizlik Şurasının katibləri regiondakı və dünyadakı təhlükəsizlik şəraitini və son hadisələri müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində TDT Təhlükəsizlik Şurası katiblərinin 2-ci iclası keçirilib.

Toplantıda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov təmsil edib.

İclasda təşkilata üzv ölkələrdə həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə danışılıb.

Tərəflər TDT ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri və çağırışları ilə yanaşı, bəzi regional və beynəlxalq məsələlərin türk dünyasına ehtimal edilən təsirlərini detallı şəkildə müzakirə ediblər.

İclasda qurumun qəbul etdiyi qərarların həyata keçirilməsi üçün İşçi qrupun yaradılması və “yol xəritəsi”nin hazırlanması barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər