16 Noyabr 2023 11:48
2 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın ardınca Hindistan Ermənistana silah göndərir. Burada məqsəd tamam başqadır. Ermənistanın silahlandırılması Azərbaycana və Türkiyəyə qarşı təhdid üçün atılan addımdır. Həmin silahların gürcü və rus əsgərinə qarşı istifadə ediləcəyi ehtimalı yoxdur.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Hindistan tərəfindən 150 min əl qumbarasının Ermənistana verilməsi də ciddi suallar yaradır:

“Tank əleyhinə raketlərin, döyüş sursatlarının Ermənistana göndərilməsi davam edir. Bu proses avqust ayından başlayıb. Eyni zamanda yaxın 3 il ərzində Hindistandan Ermənistana digər təyinatlı silahların da göndərilməsi nəzərdə tutulub. Fakt odur ki, Ermənistan açıq şəkildə silahlandırılır”.

Polkovnik hesab edir ki, 5 milyon patronun, 150 min əl qumbarasının 90 ədəd 155 mm-lik haubitsaların və onların raketlərinin Ermənistana göndərilməsi onun itirilmiş gücünü bərpa etmək üçündür:

“Bu sözsüz ki, istənilən halda narahatlıq yaradır. İstənilən an erməni tərəfi ağılsızlıq edib bu silahlardan Azərbaycana qarşı istifadə edə bilər. Ona görə də, bu məsələdə Azərbaycan özünün təzyiq imkanlarından istifadə etməlidir”

Üzeyir Cəfərova görə, Ermənistanın silahlandırılması onun Azərbaycan qarşısında əlinin gücləndirilməsinə hesablanıb:

“Bu gün bölgə ilə bağlı fərqli yanaşmalar var. Sülh müstəvisində aparılan danışıqlarda artıq şantaj yolu seçilib ki, bu da bölgədə yeni qarşıdurma riski yaradır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər