24 Yanvar 10:04
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim öyrəndiyimiz, bildiyimiz əhval-ruhiyyə sanki yoxdur. Bu, qış fəslinə, ya seçkinin növbədənkənar olduğuna görədir, onu dəqiq deyə bilmirəm. Amma seçkinin nəticəsi necə olacaqsa, Azərbaycanımız, millətimiz, dövlətimiz üçün xeyirli-uğurlu olsun.

Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

“Prosesi ardıcıl izləyə bilmirəm. Amma seçkidə iştirak edənlər, eşitdiklərimiz, gördüklərimiz odur ki, seçkinin favoriti İlham Əliyevdir. Burada başqa məsələdən söhbət gedə bilməz”.

Partiya sədri hesab edir ki, seçkiyə qatılmaq hər kəsin haqqıdır: “Hər kəs vətəndaş kimi prosesləri dəyərləndirib seçkidə iştirak edir. Seçkiyə qatılmayanların da haqqı var. Hər kəsin öz arqumenti var. Ona görə də, dəyərləndirmə apararkən insanlarımızın azad fikirlərini, seçib-seçilmək, namizədliklərini irəli sürmək hüquqlarını tanımaq və hörmət etmək vacib şərtdir”.

Mirmahmud Mirəlioğlu seçki sonrası gözləntilərdən də bəhs edib: “Azərbaycan əsgərinin, Müzəffər Ordumuzun gördüyü işi, əldə etdiklərini qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır. Bunun üçün ağıllı diplomatik gedişlərimiz olmalıdır. Dünyanı özümüzə düşmən etməməliyik. Özümüzün konkret düşmənini nəzərə almalıyıq. Şimalda Rusiyanı, cənubda İran kimi anti-İslam cumhuriyyətini və böyük havadarları olan Ermənistanı nəzərdən qaçırmamalıyıq. Tehran, Moskva, Paris birmənalı şəkildə İrəvanın arxasındadır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər