“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar arzulayıram”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasındakı səhifəsində bildirib.
“Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm. Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi yüksək qiymətləndirirəm”, - Zelenski qeyd edib.
O, Ukrayna ilə Azərbaycanın strateji əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.