2 Aprel 14:38
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanla şərti sərhədlərə qoşun yığması fövqəladə durum deyil. Bu ölkənin belə bir ordusu olsaydı, Qarabağa yığardı və orada müqavimət göstərərdi. Sadəcə olaraq müharibə situasiyası yaratmaq, bununla da beynəlxalq güclərin daha çox diqqətini çəkmək niyyəti güdülür.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Ermənistanın digər qüvvələri bölgəyə cəlb etmək niyyəti var:

“Bu faydasızdır. Ermənistanın addımları onun ziyanına çevriləcək. Azərbaycan dinc yolla məsələlərin həllində maraqlıdır. Bütün istiqamətlərdə Bakı bu prinsipi göstərir. Ermənistan belə bir təhlükə yaradacaqsa, Azərbaycan sülh mövqeyini təkrarlamalıdır”.

Partiya sədrinə görə, Ermənistanın təxribat məqsədi ilə atdığı addımların real əsası yoxdur:

“Azərbaycan bütün təxribat xarakterli addımlara qarşı özünün hazırlığını davam etdirir. Erməni tərəfinin hər hansı hərəkətinin qarşısını almaq zəruridir. Bütün hallarda Azərbaycanın Ermənistan ərazisində hər hansı bir hədəflə bağlı planı yoxdur”.

Fazil Mustafa bildirib ki, danışıqlar prosesində Azərbaycanın qanuni ərazilərinin qaytarılması əsas götürülür:

“İndiki şərtlər daxilində bu prinsip xüsusilə daha vacibdir. Çünki Azərbaycan dövlət olaraq məsələlərin sülh yolu ilə həllinə üstünlük verir. Məcbur olmadıqca Bakı hərbi müstəvidə addımın atılmasında təsəbbüskar olmayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər