4 Aprel 11:58
4 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropadakı tərəfdaşlarımızın Fransanın Azərbaycan əleyhinə siyasətini tənqid etmələrinə nail olmalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İtaliyadan Azərbaycanla bağlı verilən son açıqlamaya diqqət çəkib:

“İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransa xarici işlər naziri Stefan Sejurnun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib. İtaliya rəsmisi bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Çirielli iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransa (COP-29) hazırlaşan Azərbaycanın müharibədə maraqlı olmadığını bildirib. O, Fransa nazirinin açıqlamalarının vəziyyəti sakitləşdirməyə kömək etmədiyini söyləyib.

İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşlarındandır, Roma bu tərəfdaşlığa sadiq qalaraq Fransanın anti-Azərbaycan siyasətinə qarşı çıxıb. Növbə Azərbaycanın Avropadakı digər tərəfdaşlarınındır. Bakı Avropadakı tərəfdaşlarına xatırlatmalıdır ki, Fransanın Cənubi Qafqazdakı siyasəti gərginliyi artırır, bu, ümumilikdə Avropa İttifaqının maraqlarına zərər vurur.

Elə etməliyik ki, Avropadakı tərəfdaşlarımız Macarıstan, Polşa, Baltik ölkələri, Rumıniya, Çexiya və Bolqarıstanın da rəsmiləri Fransanın Azərbaycan əleyhinə siyasətini tənqid etsinlər. Bu tənqidlər Parisin Cənubi Qafqaz siyasətinin dəyişməsinə gətirib çıxarmasa belə, Fransa hakimiyyəti anlayacaq ki, Avropada onun anti-Azərbaycan mövqeyinin tərəfdarı yoxdur və bu təkliyin onun üçün müsbət nəticəsi olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər