2 İyun 09:36
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya Avstraliya, Böyük Britaniya və ABŞ-nin daxil olduğu AUKUS hərbi ittifaqının ikinci sütununa qoşula bilər.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Yeni Zelandiyanın müdafiə naziri Judit Kollins Sinqapurda keçirilən "Şanqri-La" forumunda deyib.

AUKUS-un ikinci komponenti qeyri-nüvə silahlarının birgə inkişafını nəzərdə tutur.

"Yeni Zelandiya AUKUS-un ikinci komponentində potensial olaraq iştirak etmək imkanlarını araşdırır, lakin iştirakla bağlı istənilən qərarı hökumətimiz verəcək" - deyə müdafiə naziri vurğulayıb.

Asiya Təhlükəsizlik Sammiti "Şanqri-La Dialoqu" 2002-ci ildən Sinqapurun Şanqri-La otelində keçirilən illik hökumətlərarası təhlükəsizlik forumudur. Forumda APR (Asiya-Sakit Okean) ölkələrinin müdafiə nazirləri və digər hərbi rəhbərləri iştirak edirlər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər