28 İyun 01:52
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolts Ukraynadan olan qaçqınlar üçün Avropa İttifaqından (Aİ) daha çox maliyyə dəstəyi istəyib.

Teleqraf.com xəbər verir ki, Olaf Şolts Brüsseldə keçirilən Avropa İttifqının Liderlər Zirvəsi öncəsi jurnalistlərə açıqlama verib.

Olaf Şolts bildirib ki, əgər digər ölkələr qaçqınların qəbuluna daha az töhfə verirsə, Avropa İttifqının çoxlu sayda qaçqını qəbul edən ölkələrə yaşayış xərcləri, peşə təhsili, dil kursları kimi xüsusi maliyyə dəstəyi verməsinin vaxtı çatıb.

Bundan başqa o bildirib ki, Almaniya, Polşa, Çexiya ən çox qaçqını qəbul edən ölkələrdir


Müəllif: Arzu

Oxşar xəbərlər