3 İyul 16:42
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə bütün siyasi partiyalar kimi biz də hazırlaşırıq. Qanuna müvafiq olaraq addımlar atırıq. Artıq qəbul olunan qərarlar var. Bundan sonra da qəbul ediləsi və yerinə yetiriləsi məsələlər mövcuddur.

Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

O qeyd edib ki, partiyanın bu seçkidə daha çox namizədlə iştirak edəcəyi ilə bağlı iddiaları var:

“Artıq namizədlərimiz müəyyənləşib. Bu seçkiyə 45 namizədlə qatılacağıq. Seçki dairələri ilə bağlı bu istiqamətdə işlər görülür. Namizədlərimizin sayının azalması, çoxalması da mümkündür”.

Mirmahmud Mirəlioğlu özünün da partiya tərəfindən namizədliyinin irəli sürülməsinin nəzərdə tutulduğunu söyləyib: “Bununla bağlı müzakirələr gedir. Sumqayıt şəhərindən növbədənkənar parlament seçkilərində namizədliyimin veriləcəyi planlaşdırılır. Amma burada hansı dairədən namizədliyimin irəli sürüləcəyi yaxın günlərdə müəyyənləşəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər