5 Avqust 14:27
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran bu məsələdə İsrailin əli olduğunu bəyan edərək Təl-Əvivin buna görə cavab verəcəyini açıqlayıb. Amma bunlar elə söz olaraq qalacaq. İran İsraillə müharibə etməyəcək. Çünki İran pərdəarxasında İsrailə çox yaxındır.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, üzdə olan məsələlərə çox da fikir vermək lazım deyil:

“Əslində bu hadisə ilə İsrail bir daha göstərdi ki, o, istədiyi yerdə, istənilən adamı öldürə bilir. Hələlik Təl-Əviv HƏMA liderinin ölümünü boynuna götürməsə də, Hənayinin Tehranda qaldığı yerin təkrar raketlə vurulması İsrail kəşfiyyatın yüksək səviyyəli işindən xəbər verir. Burada İranı satan tərəf isə Ermanıstan olub. Hadisə olan gün Nikol Paşinyanla İsmail Haniyənin görüşü planlaşdırılıb. Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın göstərişi ilə görüş yeri protokola salınıb. Yəni Haniyə ilə Paşinyanın görüşünün harada baş tutacağı ilə bağlı məlumatı ABŞ kəşfiyyatına Ermənistan ötürüb. Görünən odur ki, Haniyəni İsrail deyil, ABŞ vurub”.

Politoloq hesab edir ki, İran Ermənistanın onun necə satdığını bilməlidir:

“Eyni zamanda İran bu hadisə ilə öz nüfuzunu aşağı salıb. Çünki bu ölkədə təhlükəsizliklə bağlı problemlər var. Yüksək dövlət məmurları, siyasi liderlər bundan sonra İrana getmək istəməyəcək. ABŞ Müdafiə Nazirliyi isə Tehrandakı bu hadisəni adi hal kimi şərh edib. Vaxtilə iranlı general Qasım Süleymani də öldürüləndə deyirdilər ki, müharibə olacaq. ABŞ prezidenti Cozef Bayden dedi ki, biz öldürmüşük vəssalam! Bununla da məsələ bitdi”.

Cümşüd Nuriyevə görə, bu hadisələrin Azərbaycan-İran münasibətlərinə təsiri olmayacaq:

“İki ölkə arasında əlaqələrdə artıq proseslər yaxşılaşmağa doğru gedir. Dövlətlər arasında münasibətlərdə müəyyən gərginlik var idi. Amma Azərbaycan Prezidenti İlham Əliyev İranın mərhum prezidenti İbrahim Rəisi ilə görüşündən sonra bu məsələlər gündəmdən çıxdı. İranın yeni prezidenti Məsud Pezeşkian da qeyd etdi ki, Azərbaycanla İran arasında olan razılaşmalara əməl olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər