9 Avqust 11:10
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsinə fikir veririk. Çünki ölkədəki proseslər bütün dünyanın diqqətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri qeyd edib ki, bu seçkilərdə ən parlaq nümunə kimi ötən prezident seçkilərini qeyd etmək mümkündür.

“İşğaldan azad edilmiş ərazilərə də fikir veririk. Çünki bu da ilk parlament seçkiləridir ki, suveren Azərbaycanın bütün ərazilərində keçirilir. Azad olunmuş ərazilərdəki seçki məntəqələrini yeni tikilən inzibati binalarda yerləşdiririk”, - M.Pənəhov əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər