16 Avqust 17:15
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ümumiyyətlə müharibədən əvvəl Ermənistan tərəfi daim təxribatlarla məşğul olurdu.

Bunu Teleqraf.com-açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, indi Ermənistan ABŞ və Fransanın dəstəyini hiss edərək yenə ruhlanıb:

“Xüsusilə ABŞ-nin Ermənistanın Müdafiə Nazirliyinə təmsilçiləri təyin olunub. Ermənistan eyni zamanda Fransadan silah alır. Görünür, bu təxribatlarla yenidən məşğul olmağa həvəsləniblər.

Onlar başa düşürlər ki, Naxçıvan Azərbaycanın həssas yeridir. Bu həssas yeri vurmaq, görünür, onların maraqlarına tam cavab verir. Çünki Naxçıvan Azərbaycanın məsafəcə təcrid olunmuş hissəsidir. Amma yaddan çıxarmasınlar ki, əvvəllər olduğu kimi yenə tutarlı cavab alacaqlar.

İrəvan anlamalıdır ki, bu cür təxribatlar münaqişənin alovlanmasına gətirib çıxara bilər. Heç nəyi istisna etmək olmaz. Ermənistan həddi aşarsa müharibə qaçılmaz olacaq. İrəvan bunu yaxşı düşünməlidir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər