9 Sentyabr 22:34
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstanda səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Nazirlər Kabinetinin iclasından sonra Türkiyə – Azərbaycan – Gürcüstan Üçtərəfli müdafiə nazirləri toplantısında iştirak etmək üçün Gürcüstana gedən nazir Yaşar Güleri Gürcüstan müdafiə nazirinin müavini Paata Patiaşvili, Tbilisidəki səfirimiz Ali Kaan Orbay və digər rəsmi şəxslər qarşılayıblar”, – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan – Gürcüstan – Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər