27 Avqust 18:46
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyevin seçki kampaniyası çərçivəsində seçicilərlə fərdi və növbəti görüşləri davam edir.

ƏHD Partiyası mətbuat xidmətindən Teleqraf.com-a məlumata görə, bu gün seçicilərlə növbəti görüş keçirilib.

Qüdrət Həsənquliyev görüşdə özü, keçdiyi yol və seçki platforması barədə məlumat verib.
Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasının tarixi əhəmiyyətinə toxunub, eyni zamanda qarşıda duran və həlli vacib olan məsələlər, iş yerlərinin yaradılması, təhsilin keyfiyyətinin artırılması, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya mühiti, məhkəmə-hüquq sistemi başda olmaqla kompleks islahatların dərinləşdirilməsi və digər məsələlər barədə fikirlərini bölüşüb.
ƏHD Partiyasının sədri həmçinin görüşdə iştirak edən seçicilərin qaldırdığı problemləri dinləyib, sualları cavablandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər