24 Sentyabr 13:27
4 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanın Kərki kəndinin Azərbaycana təhvil verilməsi prosesi gedir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vaaqn Məlikyan deyib.

“İndi Paşinyan qorxusundan səhnə arxasında oynayır. Amma ciddi pərdəarxası proses gedir. İstisna deyil ki, bir gün oyanıb Kərkinin də təhvil verildiyini görəcəyik”, - ekspert bildirib.

Digər mühüm məsələlərə gəlincə, Məlikyanın fikrincə, əsas məqamlar sülh müqaviləsinin razılaşdırılmamış maddələrində yer alır.

Politoloq hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan hazırda bu bəndlərdən yayınsa da, sonda imzalamaqdan başqa çarəsi qalmayacaq.

“Bütün məsələlər həllini tapacaq”, - Məlikyan əlavə edib.

Erməni analitik Azərbaycan Prezidenti İlham Əliyevin bütün tələb və şərtlərinin yerinə yetiriləcəyini vurğulayıb: “İndiyədək Əliyevin istədiyi və əldə etmədiyi heç nə olmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər