İran nüvə silahı yaratmağa çalışmır, əksinə, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə tam şəkildə qayıtmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-da səfərdə olan İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bu saziş üzrə öhdəliklərimizə qayıtmağa tam hazırıq. Amma öz öhdəliklərini yerinə yetirməyən ABŞ və Avropa ölkələrinin bizdən öhdəliklərimizə qayıtmağı istəmələri müzakirə mövzusu olmamalıdır”, - dövlət başçısı bildirib.
Pezeşkian iddia edib ki, İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur:
“Bəzi ölkələr əsassız olaraq bizi nüvə silahı hazırlamaq cəhdində ittiham etsələr də, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İrana diqqətlə yanaşır”.