24 Sentyabr 13:34
2 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın qısa müddət ərzində Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün aydın siyasi iradəsi var.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda italiyalı həmkarı Antonio Tacani ilə görüşündə deyib.

Erməni nazirin iddiasına görə, İrəvanın müqavilə layihəsi ilə bağlı rəsmi Bakıya təqdim etdiyi sonuncu təklif də məhz buna yönəlib.

“Ermənistanın saziş layihəsi ilə bağlı son təklifi Ermənistanın sazişi imzalamaq istəyinə əsaslanır”, - Mirzoyan əlavə edib.

Nazir həmçinin qeyd edib ki, Ermənistanın regionda sabitliyin təmin edilməsi ilə bağlı baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də qarşılıqlı iqtisadi əlaqələrin təmin edilməsinə yönəlmiş təşəbbüslərə əsaslanır.

Sülh müqaviləsinin 16 bəndindən 13-nün razılaşdırıldığı bildirilir. İrəvan sənədin bu şəkildə imzalanmasını istəsə də, rəsmi Bakı bunu rədd edib. İrəvan Bakıya göndərdiyi son variantda razılaşdırılmamış bəndləri çıxarıb. Bu, Ermənistanın sülhdə maraqlı olmadığını göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər