24 Sentyabr 16:25
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər və Türkiyə İsraillə "Hizbullah" arasında vasitəçilik etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi Livanın Misirdəki diplomatik missiyasına istinadla məlumat yayıb.

"Livan hökuməti ABŞ və Avropadan mesaj alıb. Mesajda qeyd olunur ki, İsrail geri çəkilməyəcək və yeganə həll yolu "Hizbullah"ın güzəştlər etməsidir. Çünki istənilən imtina yalnız yeni hücumlara səbəb olacaq", - nəşr məlumatlı mənbələrə istinldla yazır.

Agentliyin həmsöhbəti əlavə edib ki, Qətər və Türkiyə vasitəçi rolunu oynamağı və birbaşa "Hizbullah"la təmasa keçməyi təklif edib. Hər iki ölkənin nümayəndə heyətlərinin yaxın saatlarda Beyruta gələcəyi bildirilir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər