Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada müharibənin hansı halda və nə vaxt başa çatacağını şərh edib.
Teleqraf.com xəbər verir ki, o, Rusiyanın qarşısına qoyduğu məqsədlərə çatanda “xüsusi hərbi əməliyyat”ın bitəcəyini bildirib.
Bəyanat Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinə əlavə dəstəyin zəruriliyi və hərbi əməliyyatların mümkün sona çatması ilə bağlı açıqlaması kontekstində verilib.
Xatırladaq ki, Zelenski sülhün insanların düşündüyündən də yaxın olduğunu bəyan edib.
“İstənilən müharibə bu və ya digər şəkildə sülhlə başa çatır, amma bizim üçün məqsədlərimizə çatmağın alternativi yoxdur”, - Kreml sözçüsü Zelenskyə cavabında deyib.