Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının hökumətindəki “Əbədi nazir” kimi tanına Tea Tsulukiani mədəniyyət və idman naziri vəzifəsindən istefa verib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Tea Tsulukiani özü məlumat verib.
“Sabah mənim nazir postunda son iş günümdür. Bundan sonra mən parlamentdə fəaliyyət göstərəcəm”, - deyə Tsulukiani deyib.
T. Tsulukiani hakim partiyanın seçki siyahısında ilk onluqdadır.
Qeyd edək ki, Tea Tsulukiani “Gürcü arzusu” hökumətinin ən təcrübəli naziri hesab olunur. O, 2012-ci ildə Baş nazir Bidzina İvanişvilinin kabinetində ədliyyə naziri olub. Daha sonra o, daha beş hökumət başçısının - İ.Qaribaşvili, G.Kvirikaşvili, M.Baxtadze, Q.Qaxariya və İ.Kobaxidzenin kabinetində nazir olub.