26 Sentyabr 14:18
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Nyu-Yorkda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkil etdiyi açıq müzakirədə iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən USAID rəhbəri Samanta Pauer ABŞ-ın Ermənistana yardımından danışıb.

Pauer bu və keçən il Ermənistanı dəstəkləmək üçün bu ölkəyə səfərlərini xatırladıb. Onun sözlərinə görə, iyul ayında bu məqsədlə İrəvana gedib.

“İndi fürsətdən istifadə edərək bildirmək istərdim ki, biz - Konqres, USAID və ABŞ Dövlət Departamenti ilə Ermənistana kiber, sərhəd və enerji təhlükəsizliyini təşviq etmək, eləcə də davamlılığı artırmaq üçün 20 milyon dollar ayırmaq üçün işləyirik”, - Samanta Pauer vurğulayıb.

Ermənistan baş naziri yardımlara görə USAID və ABŞ hökumətinə təşəkkür edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər