26 Sentyabr 10:30
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan Azərbaycanı bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan liderinin fikrincə, bu, sülh prosesinin irəliləməsi üçün stimullaşdırıcı zəmin yaradacaq.

Ermənistan liderinin fikrincə, bu, sülh prosesinin irəliləməsi üçün stimullaşdırıcı zəmin yaradacaq:

“Mən və rəhbərlik etdiyim hökumət regionumuzda münaqişəyə son qoymaq və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirmək öhdəliyimizə sadiqik. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrinin Bakıda keçiriləcək COP29-a qədər imzalanmasını və bununla da sülh prosesinin irəliləyişinə stimullaşdırıcı mühit yaratmağı təklif edib.

Müsbət impulsdan istifadə etməyə və delimitasiya komissiyalarımız arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiya və demarkasiyası prosesini davam etdirməyə hazırıq”.

Sülh müqaviləsini müzakirə etmək üçün bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə BMT Baş Assambleyası çərçivəsində görüş keçirəcək.

Sentyabrın 16-da Paşinyan bəyan edib ki, İrəvan və Bakı sülh sazişinin mətninin 80 faizi üzrə razılığa gəliblər, Ermənistan tərəfi onu imzalamağı və diplomatik münasibətləri bərpa etməyi təklif edir.

Ermənistan baş nazirinin təklifi rəsmi Bakı tərəfindən qəbul olunmayıb. Azərbaycana görə, sülh müqaviləsi bütün maddələr razılaşdırıldıqdan sonra imzalana bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər