Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə doktrinasında dəyişikliklərlə bağlı bəzi detalları açıqlayıb
Teleqraf.com xəbər verir ki, o, bu dəyişikliyin Qərbə açıq siqnal olduğunu bildirib.
Dmitri Peskovun açıqlamasında diqqətçəkən məqamlar:
“Nüvə doktrinasına elan edilən dəyişikliklər dost olmayan ölkələrə müəyyən siqnal kimi qiymətləndirilməlidir.
Yenilənmiş nüvə doktrinası Qərbə Rusiyaya mümkün hücumda mütləq nüvə vasitəsi ilə yox, bunun nəticələri barədə xəbərdarlıq siqnalı göndərir.
Bütün dünya Rusiyanın nüvə potensialı və onun çəkindirici rolunu yaxşı bilir.
Rusiyanın nüvə triadası nüvə hücumlarının qarşısının alınmasının mütləq qarantıdır.
Qərbdəki ağıllı siyasətçilər bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından çəkindirmə ilə bağlı bəyanatlarını ciddi qəbul ediblər”.