Gürcüstan Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxışında separatçı Abxaziya və Cənubi Osetiya sakinlərini vahid dövlətdə yaşamağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin yolunu qarşılıqlı bağışlamada gördüyünü bildirib.
“Mən Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələridə - işğal xəttinin o tayında olan xalqımıza müraciət etmək istərdim. Bütün addımlarımız xalqımıza kömək məqsədi daşıyır. Bir gün biz uşaqlarımızla birlikdə xoşbəxt, birləşmiş (vahid) və inkişaf etmiş Gürcüstanda yaşaya biləcəyik. Ölkəmizdəki bütün dağılmış körpüləri bərpa etməliyik”, - Kobaxidze deyib.
Baş nazir əlavə edib ki, Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hakimiyyətin prioritet vəzifəsidir:
“Bizim vəzifəmiz dövlətin bütövlüyünü dinc yolla bərpa etməkdir və buna aparan yol qarşılıqlı bağışlama və barışıqdan keçir”.