Ukrayna Prezidenti Volodimir Zelenski gələn il prezident seçkisi keçirməyi düşünür.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Economist" yazır.
"Keçən il bütün əsas siyasi qüvvələrin seçkini münaqişənin sonuna qədər təxirə salmaq barədə razılığa gəlməsinə baxmayaraq, hakimiyyətin möhkəmlənməsi üçün seçkinin gələn il keçirilməsinin mümkünlüyü müzakirə olunur" , - məqalədə deyilir.
Xatırladaq ki, Ukraynanın 2025-ci il büdcəsi layihəsində seçkinin keçirilməsi ilə bağlı xərclər nəzərdə tutulmayıb.
Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatır. Bu il keçirilməsi nəzərdə tutulan seçki ləğv edilib. Bu qərara əsas kimi hərbi vəziyyət və ümumi səfərbərlik göstərilib.