Jurnalistlər Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyandan Baş nazir Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyə etdiyi kitabı niyə sinəsinə sıxdığını soruşublar.
Teleqraf.com xəbər verir ki, nazir erməni jurnalistlərin müvafiq sualını məqsədəuyğun hesab etmədiyini deyib
“Bəs siz nə təklif edirsiniz ki, Ermənistan qonşuları ilə diplomatik münasibət qurmasın, düşmənçilik yaratsın?”, - Papoyan jurnalistlərə cavabında bildirib.
Türkiyə prezidenti və Ermənistan baş naziri arasında görüş sentyabrın 24-də Nyu-Yorkda Türk Evində baş tutub. Ərdoğan görüşdə Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib. Ermənistan liderinin kitabı sevinərək alması və sinəsinə sıxaraq kameralar önündə poz verməsi ölkəsində müzakirələrə səbəb olub.