26 Sentyabr 11:43
5 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan 2031-ci il seçkiləri barədə düşünməyə çağırıb, o, 2026-cı ildə hakimiyyətdə qalacaqlarına əmindir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.

“Son zamanlarda hakim “Vətəndaş Müqaviləsi” Partiyası arasında Ermənistanın üzləşdiyi bir sıra təhlükəsizlik problemləri fonunda reytinqlərinin kəskin şəkildə aşağı düşməsindən və vəziyyətin daha da mürəkkəbləşəcəyindən ciddi narahatlıq vardı. Bəzi partiya üzvlərinə görə, bu, 2026-cı il seçkilərində lazımi qədər səs toplamağa mane ola bilər.

Nikol Paşinyan komanda yoldaşlarını sakitləşdirərək bildirib ki, narahat olmağa dəyməz, 2026-cı ildə hakimiyyətdə qalacaqlar, heç bir maneə olmadan seçkilərdə qalib gələcəklər. Bunun əvəzində Paşinyan 2031-ci ildə keçiriləcək növbəti seçkilər barədə düşünməyə çağırıb”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər