ABŞ İsrailin davam edən hərbi səylərini dəstəkləmək üçün 8,7 milyard dollarlıq yardım paketi ayırıb.
Teleqraf.com xəbər verir ki, ayrılan vəsait müharibə təchizatı, Dəmir Günbəz sistemi və qabaqcıl lazer sistemi də daxil olmaqla hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsinə sərf olunacaq.
Qeyd edək ki, İsrail hazırda Qəzzada HAMAS-a və Livanda Hizbullaha qarşı mübarizə aparır.