Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə bu gün səfərdə keçirəcəyi oyunla bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb. Diplomat Ağdam klubuna uğurlar arzulayıb:
“Təkliflərinizi nəzərə alıb “Qarabağ”ın “Tottenhem”ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona 4-cü dəfə səfər edən “Qarabağ”a uğurlar arzu edirəm!"
Qeyd edək ki, bu gün Londondakı “Tottenhem Hotspur” stadionunda keçiriləcək "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.