28 Yanvar 21:05
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsi Gürcüstanla bağlı hesabat dərc edib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstanın Assambleyadakı nümayəndə heyətinin səlahiyyətlərinin müəyyən qeyd-şərtlərlə müvəqqəti təsdiq edilməsi təklif olunub.

Qeyd olunub ki, Gürcüstan nümayəndə heyətinin bəzi hüquqları dayandırılmalıdır.

Monitorinq komitəsi AŞPA-nı Gürcüstan nümayəndə heyəti üzvlərini bəzi komitələrin tamhüquqlu üzvü və ya əvəzedicisi olmaq, seçkiləri müşahidə edən komissiyaların üzvü olmaq, məruzəçi təyin olunmaq hüququ, Assambleyanın sədri, komitə və ya alt komitənin sədri, sədr müavini vəzifələrinə namizəd olmaq hüquqlarını dayandırmağa çağırıb. Bura Avropa Şurası (AŞ) orqanlarında Assambleyanı təmsil etmək, AŞ orqanları, beynəlxalq təşkilatlar və ya parlamentlərarası assambleyalar tərəfindən təşkil edilən tədbirlərdə, iclaslarda, konfranslarda Assambleyanı təmsil etmək hüquqlarının məhdudlaşdırılması da daxildir.

Qərar sabah AŞPA-da səsverməyə çıxarılacaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər