Aparılan əsassız təyinatlar nəticəsində illik 238 milyon qənaət hesablanıb.
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib:
"Bu vəsait ötən il minimum pensiyaların artımına sərf olundu. Bu il 210 milyon manat isə 190 manat birdəfəlik müavinətin verilməsinə ayrıldı"