21 Avqust 2020 14:00
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onurğa infeksiyaları spondilit, diskit, spondilodiskit və epidural abses kimi qarşımıza çıxan və müxtəlif mikroorqanizmlərdən qaynaqlanan xəstəlik qrupudur.

Teleqraf.com xəbər verir ki, onurğa infeksiyaları haqqında məlumat verən həkim-infeksionist Vüsalə Yaşar infeksionistə ən çox yönləndirilən pasient qruplarından birinin də spondilodiskit xəstələrinin olduğunu deyib.

Onun sözlərinə görə, xəstəliyin qızdırma, halsızlıq, baş ağrısı, boyun sərtliyi, əməliyyat yarası yerində şişlik,qızarıqlıq, əzələlərdə zəifləmə,gücsüzlük, ağrı kimi əlamətləri müşahidə olunur:

“Bu əlamətlər bəzi xəstələrdə zəif müşahidə edilərkən, bəzi xəstələrdə isə şiddətli olaraq ortaya çıxır. Xəstəliyin səbəbləri müxtəlifdir. Piogenik,yəni hər hansı bakteriya,göbələk digər infeksiya ocağından onurğaya gələ bilər. Bu hal əməliyyat sonrası, sidik yolu infeksiyası sonrası və sairə hallarda baş verir. Eyni zamanda xəstəlik bruselloz mənşəli, vərəm mənşəli də ola bilər”.

“Xəstəliyin törədicisinə uyğun olaraq adətən 4-6 həftəlik (bəzən daha uzun) antibiotiklərlə müalicə aparılır. Bəzi hallarda isə cərrahi əməliyyata ehtiyac yarana bilir”- deyə Vüsalə Yaşar qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər