8 Oktyabr 2020 13:55
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın müxtəlif ölkələrindən təxminən 6000 elm adamı və səhiyyə mütəxəssisi həssas təbəqələrin qorunması, gənc və sağlam insanların normal həyata qayıtmasını təmin edilməsi məqsədi ilə dünya ölkələrini koronovirusla mübarizə tədbirlərini dəyişməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, mütəxəsislər koronovirusla mübarizədə tətbiq olunan məhdudiyyətlərin mənfi təsirlərini vurğulayıblar.

Hesabatda yeni mübarizə metodu təklif edilib. Belə ki, virus aşağı riskli qrupdakı insanlara yoluxaraq, bunun sayəsində əhalinin əhəmiyyətli hissəsinin virusa qarşı immunitet qazanması ilə müalicə edilməsi tövsiyə olunur.

Bildirilir ki, peyvənd tapılana qədər bu tədbirlər daha məqsədəuyğundur. Uşaqlar üçün qrip virusu COVID-19-dan daha təhlükəlidir. Bu səbəblə məktəblər və universitetlərin açılması, idman və mədəni fəaliyyətə icazə verilməli, restoranların işi bərpa olunmalıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər