21 Dekabr 2020 09:40
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədən İtaliyaya gedən bir sərnişində COVID-19 infeksiyasının yeni növü aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, İtaliyanın Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlama verib. Açıqlamada qeyd olunub ki, son həftələr ərzində İngiltərədə COVID-19 sürətlə mutasiyaya uğrayıb.

Sözügedən xəstənin son bir neçə gündə təmasda olduğu şəxslər də karantinə alınıb.

COVID-19-un mutasiyaya uğraması səbəbilə İngiltərə ilə İtaliya arasındakı uçuşlar 6 yanvar tarixinə qədər dayandırılıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər