COVID-19 virusu ilə mübarizədə hazırda ən effektli yol peyvənd vurdurmaqdır. ÜST tərəfindən təsdiqlənən peyvəndlər arasında ən etibarlı vaksinlərdən biri də Rusiya istehsalı olan “Sputnik V”dir. Ölkəmiz də bu vaksinin Azərbayacana gətirilməsi üçün danışıqlar aparır. Bəs sözügedən vaksinin digərlərindən üstünlüyü nədir?
Teleqraf.com xəbər verir ki, "Sputnik V" vaksini Rusiyada tətbiqinə icazə verilən ilk peyvəndlərdəndir. Amma Rusiyanın vaksinin 3-cü faza nəticələrini gec açıqlaması Avropa ölkələri tərəfindən iqtisadi və siyasi bəhanələrə səbəb oldu. Hazırda isə peyvənd bir çox ölkələr tətəfindən təsdiqlənib.
Vaksinin sonuncu sınaq mərhələsində 16 501 sağlam könüllü şəxs iştirak edib. Peyvəndin ciddi yan təsirləri aşkarlanmadı və istifadəsinə icazə verildi.
COVID-19 virusunun Britaniya ştammının yayılması isə insanlarda peyvəndlərə qarşı şübhə oyatmağa başladı. "Sputnik V"nin mutasiya viruslarına qarşı da effektli olduğu təsdiqləndi. Belə ki, vaksin COVID-19-un ölümcül təsirinin qarşısını alır.
Qeyd etmək lazımdır ki, vaksin Oxford/AstraZeneca ve Belçikanın Janssen vaksinləri ilə eyni texnologiyada hazırlanıb. Belə ki, fərq ondadır ki, COVID-in kiçik hissəsini bədənə yeritmək üçün zərərsizləşdirilən qrip virusundan istifadə edilib. "Sputnik V" vaksininin rəqibləri ilə müqayisədə saxlanma şəraiti daha asandır. 10 dollara satılan vaksininin tətbiqi üçün 57 ölkə təsdiq verib.