29 İyun 2021 17:30
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 virusunun Hindistanda mutasiya keçirən Delta ştammı bütün ölkələri təşvişə salıb. Hazırda hər kəsi maraqlandıran sual vaksinin virusa təsirli olub-olmamasıdır. Sinovac şirkəti məsələ ilə bağlı açıqlama yayıb.

Teleqraf.com-un məlumatına görə, şirkətin verdiyi açıqlamada deyilib ki, vaksin xəstəliyin səbəb olduğu simptomatik və ciddi halları azaldır.

Şirkət bildirib ki, Delta ştammına görə üçüncü doz vaksin vacibdir:

“Peyvənd olunan şəxslərdən götürülən analiz nəticələri göstərir ki, Delta ştammına qarşı üçüncü doz vaksin vurulmalıdır. Bu, sözügedən mutasiyaya qarşı daha güclü və davamlı antikorlar yaradır”.


Müəllif: Aysel Azad