27 İyun 2023 09:05
1 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- İslamda kimlər üçün qurban kəsmək vacib sayılır?

- İslam qanununda 3 gün qurbanlıq etmək olar. Amma bizə dövlət səviyyəsində iki gün Qurban bayramı kimi istirahət günü kimi qəbul olunub və əhali də o günləri rahat qurbanlığını edə biləcəklər. Kimin ailədə maddi durumu normaldırsa, iqtisadi vəziyyəti yaxşıdırsa, dinimizdə bəyənilir ki, o insan qurban kəssin. Ailə başçısı ailə adına bir qurban kəssə, çox yaxşıdır.

- Hansı heyvanları qurban kəsilməlidir?

- Qurbanlıq birinci xırdabuynuzlu heyvanlardan başlayır. Quşların qurban kəsilməsi qəbuledilməzdir, bu, qurbanlıq hesab edilmir. Bəzən deyirlər hinquşu, yaxud xoruz kəsim... Xeyr, qurbanlıq minimum xırdabuynuzlu heyvandan başlayır.

- Şərikli qurban kəsilə bilərmi?

- Bir şəxs ailə adına bir ədəd, istəsə iki və daha çox da kəsə bilər. Amma xırdaburnuzlu heyvana bir neçə nəfərin şərik olması İslamda yoxdur. İnsan ailəsinin adına bir qurbanlıq xırdabuynuzlu kəsə və ya tək özü birini icra edə bilər. Xırdabuynuzlu heyvanlardan qoç, keçi, qoyun kəsilə bilər. İribuynuzlu heyvanlardan dana, öküz, cöngə, bir də dəvə kəsə bilər. Dəvədə yaş gözlənilməlidir, beş yaşı mütləq olmalıdır. Beş yaşdan aşağı dəvə qurban kəsilməz. İribuyunuzlu heyvanların yaşı bir ildən yuxarı olmalıdır, ilyarım, iki yaşı olsa, daha gözəldir. Xırdabuynuzlu heyvanların səkkiz ay və ondan yuxarı olmalıdır. Bir yaşından aşağı heyvanların qurban kəsilməsi qəbulolunmazdır. Bütün əzaları yerində, ətli olmalıdır, axtalanmış heyvan olmamalıdır. Allah adına olduğu üçün nə qədər layiqli heyvan kəsilsə, daha yaxşıdır, çünki yoxsullara, imkansızlara paylanılır.

Qurban əti mütləq üç hissəyə bölünməlidir, bunun bir hissəsini ailə özü istifadə edə bilər, qalan iki hissəsini yaxın qohum əqrəbasından başlayaraq qonşularında, ətrafında olan yoxsullara, imkansızlara, kasıblara paylamalıdır. Bəzi adamlar sual verir ki, olarmı qurbanlıq heyvanın pulunu bayram günü pul şəklində paylayım, və ya ərzaq alım. Xeyr, dinimizdə buna icazə verilmir. Bunun fəlsəfəsi ondan ibarətdir ki, birdən neqativ hallar baş verə bilər, insan xəsislik edə bilər, deyər, mən 100 və ya 150 manata da qurbanlıq heyvan ala bilərəm. Amma real olaraq qurbanın özü alınmalı, heyvan kəsilməli və ət şəklində paylanmalıdır. Bir də zaman-zaman olub və indi də bəzi yerlərdə ölkələrdəki, bizdə ola bilsin bu hal yoxdur. İstisna ola bilər, müəyyən ailələr var, onlar aylarla il boyu istənilən qədər ət alıb qazanlarını qaynada bilmirlər. Həmin ay kasıb ailələr gözləyirlər ki, Qurban bayramında heyvanlar kəsiləcək və bizim ətrafımızda olan imkanlı insanlar bizə qurban payı gətirəcəklər. Biz də o paydan qazanımızda, qaynadarıq, süfrəmizə qoyarıq, övladlarımız doyunca yeyər. Allah Qurban bayramımızı mübarək eləsin, kəsilən qurbanlarımız qəbul olunsun.

- Kimlər qurban kəsməyə bilər?

- Maddi durumu yaxşı olmayan şəxslər qurban kəsməyə bilər. Qurbanlıq üçün xırdabuynuzlu heyvan 250-300 manatdan yuxarı tutur. Bu insanın 20-30 manata böyük ehtiyacı var, o kəsməyə bilər. Amma elə insan var ailəsinin tam iqtisadi ehtiyaclarını həll edə bilir, onun 500-1000 manat əlavə pulu da var, 300 manat Qurban adı kəssə, ailəyə maddi bir çətinlik yaranmazsa, qurban kəssə daha gözəldir. Həccdə olanlara qurban kəsmək vacibdir. Amma həccdən qeyri, yəni evində, rayonunda, ailəsində yaşayan insanların boynunda vacib deyil. Amma dinimizdə tələb olunan əməl olduğu üçün Allaha inanan və sevən insan bunu etsə yaxşı olar. Allah bilir ki, bizim maddi durumumuz nə vəziyyətdədir. Allah maddi imkaları yetirdiyi üçün biz də Allahın adına edirik.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər