17 İyun 2016 15:24
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün respublikanın bir sıra ərazilərində müşahidə olunan leysan xarakterli yağış və dolu Gədəbəy və Tovuzda ciddi fəsadlara səbəb olub. Kənd təsərrüfatı, eləcə də yollara və körpülərə ciddi ziyan vurub.


Gədəbəyrayon İcra Hakimiyyətinin sektor müdiri Qabil Muxtarov Publika.az-a açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar ötən gecədən 9 kəndin mərkəzlə əlaqəsi kəsilmişdi:

“Səhər saatlarında körpünün bərpası üçün iş aparılır. Artıq problem aradan qaldırılıb.1000 hektardan çox təsərrüfat sahəsinə ziyan dəyib. Neytral zona hesab edilən Başkənd ərazisi, təxminən rayon mərkəzindən 25-30 kilometrlikdən 56-cı kilometrliyə qədər olan əraziyə daha güclü dolu düşüb. Sel 80 baş xırdabuynuzlu, 15 baş iribuynuzlu heyvanı aparıb. 9 kəndə güclü dolu düşüb, ətraf kəndlərə isə intensiv yağış yağıb. Hazırda dəyən zərər hesablanır”.


Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov Publika.az-a açıqlamasında bildirib ki, ötən gecədən müşahidə olunan yağış və dolu rayonun elektrik, qaz təchizatında və rayonla əlaqədə ciddi problemlər yaradıb:


“Rayonun təxminən 12-13 kəndi doludan zərər görüb. Bir neçə körpü uçub, bu da kəndlərin rayon mərkəzi ilə əlaqəsində müəyyən problemlər yaradıb. Elektrik dirəkləri və qaz xətlərinə də zərər dəyib, həmçinin su borularını da sel aparıb. Hazırda bu problemlərin aradan qaldırılması üçün işlər aparılır. Kəndlərin bir çoxunda qaz, işıq və su bərpa edilib. Lakin işlər davam etdirilir. Ən çox zərər isə kartof sahələrinə dəyib”.


Müəllif:

Oxşar xəbərlər