İsmayıllıda “Sənətkarlıq bazarı” fəaliyyətə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bazar 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhədən ibarətdir.
Onlardan 8-i sənətkarlıq nümunələrinin, 1-i isə milli mətbəx nümunələrinin sərgi-satışı üçün nəzərdə tutulub. Burada misgərlər, xalçaçılar, kəlağayı ustaları, halvaçılar, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini, məmulatlarını nümayiş etdirə və satışını təşkil edə biləcəklər.
Çay evində isə Lahıca və Basqala aid halva və şirniyyatların da yer aldığı çay süfrəsi təşkil edilir. Hər gün axşam saatlarında musiqi proqramları, folklor qruplarının çıxışları nəzərdə tutulur.
Nərmin