4 İyul 2016 21:52
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) “Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması probleminin KİV-də işıqlandırılması” mövzusunda jurnalistlər üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Teleqraf.com xəbər verir ki, müsabiqəyə təqdim olunmuş yazılar doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının səbəb və nəticələrinə həsr edilib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev müsabiqəyə təqdim olunan yazılar haqda öz fikirlərini bildirdi və hər bir iştirakçıya təşəkkür etdi.

Müsabiqənin nəticəsinə görə, birinci yeri "Azərbaycanda oğlum olsun bəlası" yazısına görə, "Qafqazinfo.az" saytının əməkdaşı Ramina Eyvazqızı, ikinci yerləri "Məhv edilmiş "seçilmişlər" yazısına görə "Lent.az" saytının əməkdaşı Ləman Mustafaqızı, "Doğulmadan öldürülənlər" yazısına görə "Teleqraf.com" saytının əməkdaşı Ruslan Xəlil, üçüncü yerləri isə "Fins.az" saytından "Selektiv abort cinsi azlıqların artmasına aparır" yazısına görə Fərqanə Allahverdiqızı, yenə də həmin saytın əməkdaşı olan "7 oğul istərəm" yazısına görə İlhamə Xanlarqızı, və "Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması" yazsına görə "Cəbhə.info" saytından Müşfiq Abdulla tutub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər