5 İyul 2016 19:39
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirirlər".

Bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri, Prezident Yanında QHT lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Gəncə şəhərində keçirilən “Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumunda səsləndirib.

O qeyd edib ki, “hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Gənclər zamanın istənilən kəsimində əsas yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi ilə dövlətçiliyin gələcəyini qorumaq mümkün olur.

Gənclər siyasəti öz müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində əsas istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılmışdır. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən Gənclər Fondu yaradılıb.

Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurlar, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verib.

Ruslan

Bu gün gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirir və müxtəlif beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər. Gəncə şəhərinin 2016-cı il “Avropa gənclər paytaxtı” seçilməsində də bu amil xüsusi əhəmiyyət kəsb etmişdir.

Hazırda Avropa gənclərinin diqqəti Gəncə şəhərindədir. 2016-cı il ərzində çoxlu sayda yerli və beynəlxalq tədbir Gəncədə həyata keçiriləcəkdir. Bu isə bizlərə imkan verir ki, ölkəmizin tarix və mədəniyyətini, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıraq. Eyni zamanda, gənclərlə iş sahəsində qazanılmış təcrübəmizi bölüşmək baxımından da belə bir titulun Azərbaycana məxsus olması çox önəmlidir.

İnanıram ki, bu gün rəsmi açılışına toplaşdığımız “Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumu iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq və yadda qalacaq”.


Müəllif:

Oxşar xəbərlər