14 Sentyabr 2016 21:16
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bilik və Maarifçiliyin İnkişafı” ictimai birliyi “İcmalarda gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqlarının artırılması” layihəsinin icrasını başa çatdırıb.

Teleqraf.com-un məlumatına görə, layihənin məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım etmək və onların biznes təşəbbüslərinə dəstək vermək olub. Göygöl və Samux rayonlarında özünüməşğulluq və sahibkarliq fəaliyyətinə maraq göstərən 24 nəfər gəncə “Bizneslə tanışlıq” modulu üzrə təlim sessiyası, “IKT-dən biznes fəaliyyətində istifadə” modulu üzrə seminarlar keçirilib. Biznes təşəbbüslərlə bağlı 40 nəfər icma təmsilçisinə məlumat-məsləhət xidməti göstərilib.

Öz biznesini qurmaq istəyən gənclər və digər icma təmsilçiləri tərəfindən 17 biznes təklif irəli sürülüb, 6 biznes plan hazırlanıb. Hədəf ərazidə kiçik biznesin inkişafına yönələn təşəbbüslərə dəstək vermək üçün layihə fəaliyyətlərində iştirak etmiş maraqlı tərəflərin (Göygöl və Samux bələdiyyəsinin, Göygöl və Samux rayon Gənclər və İdman idarələrinin, “Bilik və Maarifçiliyin İnkişafı” ictimai birliyinin) resurslarının birləşdirilməsi əsasında “Biznes Təşəbbüsləri” təlim-məsləhət qrupu formalaşdırmaq olub. Həyata keçirilmiş layihə gənclərin məşğulluq problemlərinin həllinə ictimai diqqətin artırılması, alternativ variant kimi onların özünüməşğulluq və sahibkarlıq fəaliyyətinə yaxından cəlb edilməsi, gənclərin biznes təşəbbüslərinə dəstək verilməsi baxımından əhəmiyyətli töhfə olub. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.


Müəllif: