22 Sentyabr 2016 15:24
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar nəzərdə tutulmuş genişmiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində işlər artıq yekunlaşmaq üzrədir.

Teleqraf.com-un xəbərinə görə, bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar.

Qeyd olunub ki, referendumun hazırlanıb keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Azərbaycanda 2008-ci ildən etibarən uğurla tətbiq olunan və seçki məntəqələrinə fiziki baş çəkmədən, internet üzərindən səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək referendumda da davam etdirilir. Səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20 faiz) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Səsvermə günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər